Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti yalnız bir bəlli
səbəbə görə mümkün olub – Ermənistanda müstəqillik əldə etdikdən
sonra Prezident İlham Əliyev səviyyəsində siyasətçi olmayıb.
AzerTimes-ın
məlumatına görə, Иu barədə Ermənistanın “Armenian Report” nəşrində
dərc olunan məqalədə deyilib.
Müəllifin fikrincə, Levon Ter-Petrosyan digərlərindən daha çox
obyektiv göstəricilərə görə Ermənistanın ən uğurlu dövlət başçısı
adına uyğun gəlir:
“Amma o, “torpağın bir hissəsinin müqabilində sülh” prinsipinə
bağlı olan ideyanı da ortaya qoyub. O, sonda getdi və iyirmi ildən
çox xalqı aldadaraq qarət edənlərə yol verib. Bəli, Robert Köçəryan
və Serj Sarkisyan dollar multimilyonerinə çevriliblər. Onlar belə
bir mif yaradıblar ki, bizim ordumuz düşmən ordusunu məğlub etməyə
qadirdir. Bunların heç biri olmayıb. Hətta Rusiya bizi
dəstəkləməyib. Hətta KTMT. Baxmayaraq ki, Ermənistanın geosiyasi
manevrlər üçün real imkanını itirərək Gömrük İttifaqına və Avrasiya
İqtisadi Birliyinə qoşulub. Biz Rusiyadan tam asılı ölkə statusu
aldıq”, – deyə məqalədə bildirilib.
Məqalədə qeyd olunub ki, artıq mövcud olan şəraitdə N.Paşinyanın
xüsusi variantları yoxdur:
“Həm də təkcə onun, həm də rəqiblərin də. İndi onlar indiki
hakimiyyəti istədikləri qədər tənqid edə bilərlər, amma bu, sadəcə
olaraq, daxili siyasi gündəmdir. Onlar hakimiyyətə gəldikdən sonra
bütün yeni reallıqlarla razılaşmalı olacaqlar. Bir müddət vaxtı
uzatmağa cəhd etmək olar, amma bu, sonda heç nəyi dəyişməyəcək. Və
bilirsiz niye? Çünki biz hər zaman aldanırdıq. Şüurlu və ya axmaq,
amma sonda qaydaları Bakının qoyduğu oyunu oynadıq”.
Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz
məqsədinə nail olub və heç kim ona müqavimət göstərə bilməyib.
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun hamısını sadəcə
olaraq heyrətlənməyə məcbur edib.