Ermənistan – Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası silahlı münaqişə və atışmalarla əlaqəli bütün məsələləri dərhal aradan qaldıra bilər.
Trend-in məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyuja deyib.
“Bu vəziyyətdə mən Ermənistan və Azərbaycana sərhədlərin qarşılıqlı tanınması məsələsinə kömək göstərilməsin zərurətini vurğulamaq istərdim. Bu isə öz növbəsində birgə qrupların yaradılmasını, arxivlərdən materialların əldə olunmasını ifadə edir”, – deyə o bildirib.
N.Bordyuja qeyd edib ki, rusiyalı sülhməramlıların Qarabağda mövcudluğu sabitliyin təminatıdır.
(Tərcümə: Orxan Nəbiyev)