Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiya formatında ilk iclasın keçirilməsini alqışlayırıq – Şarl Mişel

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin
delimitasiyası və sabitliyin təmin edilməsi yolları ilə bağlı
müzakirələrin aparılması üçün Ermənistan-Azərbaycan sərhədinin
delimitasiyası üzrə komissiya formatında ilk iclasın keçirilməsini
alqışlayırıq.

Trend xəbər
verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel
çərşənbə axşamı “Twitter” hesabında yazıb.

“Bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş
naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq
irəliləyişdir”, – paylaşımda qeyd olunur.

Teqlər: