Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası… – Rusiya XİN

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası… – Rusiya XİN

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür kömək göstərməyə hazırdır.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, o cümlədən Rusiya ərazisində yüksək səviyyəli üçtərəfli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı razılaşdırılmış və uzunmüddətli həll yollarının axtarışını tələb edir”, – deyə diplomat bildirib.

Onun sözlərinə görə, danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi heç də həmişə faydalı olmur:

“Biz, həmçinin, iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında müntəzəm təmaslara hazırlaşırıq. Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək üçün nəzərdə tutulub”.

Onun sözlərinə görə, Soçidə keçirilən sammitdə dəstəklənən üçtərəfli parlamentlərarası dialoq da bu prosesə öz töhfəsini verə bilər.

“Müvafiq görüşlərin vaxtı yaxın zamanlarda açıqlanacaq”, – deyə Qonçar əlavə edib.

Teqlər: