Ermənistan-Azərbaycan parlament komissiyasının yaradılması təklif olunub

Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın
yaradılması təklif edilir.

AzerTimes-ın məlumatına görə, bu təkliflə deputat Fazil Mustafa
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, artıq ermənilər özləri də etiraf edir ki,
Azərbaycanla sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə
bilməz.

“Artıq bunu özləri etiraf edirlər və biz də bundan istifadə
etməliyik. Erməni parlamenti ilə işimizi gücləndirməliyik.
Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var”,
– deyə F.Mustafa əlavə edib.

Teqlər: