Ermənistan Azərbaycan Ordusundan icazə istəyir

Ermənistan Azərbaycan Ordusundan icazə istəyir

44 günlük İkinci Qarabağ savaşında itkin düşən Qarabağdakı qanunsuz silahlılardan 33-ü hələ də tapılmayıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, Azərbaycan Ordusunun icazəsi ilə 14 noyabr 2020-ci ildən bu vaxta qədər aparılan axtarışlar nəticəsində döyüş gedən ərazilərdə 1711 erməni əsgərin meyitinin qalıqları tapılıb.

Erməni tərəfi hazırda axtarışların yenidən başlanılmasına şərait yaratması üçün Azərbaycan Ordusuna müraciət edildiyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan ordusunun 277 əsgərinin hələ də tapılmadığını açıqlamışdı.

Teqlər: