Ermənistan Avropa Birliyindən (AB) aldığı malları Rusiyaya göndərir.
AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks X sosial şəbəkə hesabında yazıb.
O, Ermənistanın AB-dən məhsul idxalını kəskin şəkildə artırdığını bildirib:
“Ermənistan gömrük polisinin uzun və şərəfli tarixində Avropa Birliyindən malların daşınmasında belə böyük sıçrayış heç vaxt qeydə alınmayıb. Bütün bunların hələ də yenidən qablaşdırılaraq Moskvaya göndərildiyini demirəm”.