Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Teqlər: