Ermənistan “artsax” sözündən imtina etdi

Ermənistan “artsax” sözündən imtina etdi

Ermənistanın İctimai Televiziyası artıq “artsax” sözündən imtina edib, əvəzində “Dağlıq Qrabağ” ifadəsini işlədir.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün “ombudsman”ı Geqam Stepanyan deyib.

O bildirib ki, “artsax xalqı” əlbəttə ki, “Dağlıq Qarabağ” ifadəsindən əl çəkməyib:

“Bununla belə, Ermənistanın İctimai Televiziyası uzun müddətdir ki, “respublika” sözünü də işlətmir, lakin indi təəccüblüdür ki, o, “artsax”ı “Dağlıq Qarabağ”la əvəzləyib. Ancaq “Azadlıq” radiosu və “Sputnik Ermənistan” (Rusiya media şəbəkəsi – red.) “artsax” adından istifadə edir”.

Qeyd edək ki, Ermənistan İctimai Televiziyası “artsax” və “respublika” sözlərindən bu ayın əvvəlində imtina edib.

Teqlər: