Ermənistan artıq bu dəhlizin bir hissəsi deyil – Overçuk

Ermənistan artıq bu dəhlizin bir hissəsi deyil – Overçuk

Şimal-Cənub dəhlizinə gəlincə, burada qarşılıqlı əlaqə tamamilə normaldır. Bundan əlavə, siz bilirsiniz ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili ilə uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum imzalayıblar.

AzerTimes “Moskva-Bakı” xəbər portalına istinadən xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.

Overçuk İrandan keçməklə Naxçıvana çəkiləcək və Türkiyə ilə sərhədə çıxışı olacaq yolun Zəngəzur dəhlizindən keçəcək yoldan bir qədər fərqlənəcəyini bildirib. O, Zəngəzurdan keçəcək dəmir yolunun 42 km uzunluqda olmasının nəzərdə tutulduğunu, İrandan keçəcək yolun isə 50 km-dən və iki körpüdən ibarət olacağını qeyd edib.

“Ermənistan indi Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Mehridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”, – Overçuk vurğulayıb.

Teqlər: