Ermənistan Arazı çirkləndirir – Şərqi Azərbaycan rəsmisi

Ermənistan Arazı çirkləndirir – Şərqi Azərbaycan rəsmisi

Ermənistan qəsdən və ya səhvən Araz çayının yuxarı hissəsində yerləşən mədənlərin çirkli sularını və tullantılarını Araz çayına axıdaraq ekoloji problem yaradır.

AzerTimes xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin Mülki Müdafiə Mərkəzinin başçısı Məhəmməd Beygi deyib.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin üzvü Süməyyə Rəfiyi Ermənistanın Araz çayını çirkləndirməsinin təhlükəli səviyyəyə çatdığını bildirmiş və İran Xarici İşlər Nazirliyi, İranın Ermənistandakı səfirindən bununla bağlı qəti addımlar atmağı istəmişdi.

Teqlər: