“Azernews” qəzetində 20 Aprel tarixində işıq üzü görmüş məqalədə Ermənistanın 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı 9-cu bəndinə əməl etməməsi və bu bəndin həyata keçirilməsi prosesini ləngitməsindən bəhs edilir.
AzerTimes-ın məlumatına görə, məqalədə Ermənistanın bu dağıdıcı mövqeyi və xüsusilə baş nazir Nikol Paşinyanın Zəngəzur dəhlizi haqda dediyi son sözlərlə bağlı ekspertlərin və yerli mətbuatın reaksiyası əks olunub.
Bildirilir ki, öz açıqlamaları ilə 10 noyabr bəyanatının mətnindən bixəbər olduğunu nümayiş etdirən Paşinyan və erməni cəmiyyəti regional nəqliyyat xətlərinin açılmasında maraqlı görünmür və müxtəlif bəhanələrlə buna mane olmağa çalışırlar.
Paşinyanın regional nəqliyyat xətlərinə dair bəndin reallaşdırılmasından boyun qaçırması Ermənistan rəhbərliyi və siyasi elitasının müharibədən sonrakı inkişafa maneə yaratdığı yazıda əks olunub. Bildirilir ki, regional kommunikasiya xətlərinin bərpasını ləngitməyə davam etməklə Ermənistan özünü çox çətin duruma salacaq və bu vəziyyət onun üçün müsbət heç nə vəd etmir.