ABŞ Konqresinin ermənipərəst senatoru Bob Menendez korrupsiyada ittiham olunur.
AzerTimes xəbər verir ki, senator və arvadı külli miqdarda rüşvət almaqda təqsirli bilinir.
ABŞ Prokurorluğunun məlumatına əsasən, Menendez ABŞ-dan hərbi yardım üçün Misir hökumətinə lobbiçilik edib və həssas məlumatları ötürüb.
Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib.
Bir sıra media orqanlarının məlumatına görə, Menendes, yəqin ki, tezliklə Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verəcək. Senator sentyabrın 27-də Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, B.Menendezin 400 min dollar dəyərində qızıl külçələr aldığı bildirilirdi.