Ermənipərəst Pelosiyə cavab: Növbədə sizsiniz…

Ermənipərəst Pelosiyə cavab: Növbədə sizsiniz…

Tramp etdiyi qanunsuzluqlardan, seçkilərimizə hörmətsizlikdən, zorakılığa təhrikdən gizlənə bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Tvitter səhifəsində yazıb.

“Onun necə mühakimə olunacağına məhkəmə sistemimiz qərar verəcək”, – Pelosi bildirib.

Tvitter istifadəçiləri Pelosinin Trampa qarşı bu açıqlamasını cavabsız qoymayıblar.

Pelosinin tvitinə “Onların sizin dalınızca gələcəyi günü görmək üçün tələsirəm”, “Bəs, sizi nə vaxt məsuliyyətə cəlb edəcəklər?”, “Növbəti sizsiniz” kimi şərhlər yazılıb.

Teqlər: