“Milli cəbhə” partiyasının sədri Marin Le Pen və “İrəli” hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərinin ilk turunda liderlik edirlər.
“Respublikaçılar” partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon isə bir qədər geri qalır.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin ilk rəsmi məlumatında deyilir.