Ermənipərəst jurnalist Modest Kolerov təsisçinin qərarı ilə “Reqnum” informasiya agentliyinin baş redaktoru vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bu barədə jurnalist “RİA Novosti”yə açıqlamasında deyib.
“İşdən çıxmağımla bağlı təsisçinin qərarının surətini almışam. Artıq bu vəzifəyə REN TV-də işləyən Qriqoryev soyadlı şəxs təyin olunub”, – o bildirib.
Kolerov vurğulayıb ki, yeni rəhbərlikdən heç kim onunla əlaqə saxlamayıb və ona heç nə barədə məlumat verməyib:
“Bu, onların düşmənçiliyindən xəbər verir.
Qeyd edək ki, ötən axşam “Reqnum” agentliyinin bağlanması ilə bağlı məlumat yayılıb.