Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitunun elmi katibi Zaur Əliyevin “Erməni milli kimlik psixologiyası və xəstəliyi” adlı kitabı nəşr edilib.
AzerTimes xəbər verir ki, kitab erməni, rus və xarici mənbələr əsasında, psixologiya və antropologiya və etnoqrafiya ilə məşğul olan alimlərin məsləhəti ilə çapa hazırlanıb.
Kitabda ermənilərin milli kimlik məsələsi, ermənilərin millət kimi formalaşma prosesinin tarixi, antropoloji özəllikləri, ermənilərin dini inanclarının milli kimliyin formalaşmasına təsiri, psixoloji cəhətləri, erməni cəmiyyətinin idarə edilməsinə psixoloji metodlardan istifadə edən kilsənin fəaliyyəti, erməni xəstəliyi və onun erməni kimliyinə təsiri və sair məsələlər öz əksini tapıb.
Qeyd olunub ki, ermənilik – qeyri-adi, fenomenal bir hadisədir, başqa xalqlara, xüsusilə, türk xalqlarına qarşı, o cümlədən, Azərbaycana qarşı kəskin millətçilik mövqeyində dayanan, öz məqsədlərinə nail olmaq üçün təcavüzkar, qondarma, uydurma ideyalarına geniş rəvac verən, terroru əsas vasitə seçən, insan qanına susamış, ən dəhşətli terror faktlarını yerinə yetirən, mədəniyyətdən, sivilizasiyadan uzaq bir ideologiya və siyasətin təzahürü kimi meydana çıxıb. Sizlərə təqdim edilən bu kitab məhz ermənliyin psixoloji tərəfini və xəstəliyini tədqiq edir. Kitab geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.