Ermənistana danışıqlar təklif olunan zaman onlar konstruktiv danışıqlardan əsassız şəkildə yayınır.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir hesab edir ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurur:
“Artıq biz, belə demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək”.
C.Bayram əlavə edib ki, Azərbaycan kostruktiv tərəf olaraq bu istiqamətdən də imtina etmir.