Ermənilərin Zəngəzur planı: İranlılar köçürülür?

Ermənilərin Zəngəzur planı: İranlılar köçürülür?

Müharibədən sonra Zəngəzur beynəlxalq rəsmilərin və strukturların diqqət mərkəzindədir. İki ilə yaxındır ki, regiona müxtəlif səviyyəli rəsmilər, səfirlər, son vaxtlar BMT, UNİSEF, AB nümayəndələri səfər ediblər. Regionda fəlakət risklərinin idarə edilməsi proqramları həyata keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Zəngəzur vilayətinin rəsmi mənbəsi bildirib ki, bu strukturlar və erməni QHT-lər bir-birini gözləmədən müxtəlif icmalarda fasiləsiz təlimlər keçirir. Əsasən əhalinin təxliyəsi, sığınacaqların salınması, mənzil fondunun nizamlanması planlarına aid müzakirələr təşkil edilir. Bu fəallıq sakinlər arasında qorxu, şübhə doğurub. Ehtimal olunur ki, Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçdikdən sonra orada yaşamaq istəməyənlər Zəngəzura köçürüləcək. Eyni zamanda, bu hazırlıqların Qarabağla deyil, İranla bağlı olduğu düşünülür. Hazırki geosiyasi gərginliyə görə Zəngəzur tezliklə iranlı qaçqınları öz damı altına ala bilər”, – məlumatda deyilir.

Teqlər: