Təqdim olunan bu fotonu erməni müxalif mediası tirajlayıb. “Qonşunuz düşmən olmayanda” başlığı ilə tirajlanan bu fotoda Niderland və Belçika arasında sərhəd əksini tapıb.
AzerTimes xəbər verir ki, hazırda Tavuş ərazisindən İrəvana “yürüşə” çıxan və keşiş Baqratın “rəhbərlik” etdiyi cəmi 15-20 nəfərin aksiyasına ciddi dəstək verən erməni müxalif mediası bunu misal olaraq göstərib.
Olduqca ibrətamizdir: qonşu düşmən olmayanda, əlbəttə, sərhəd adi xətlə də çəkilə bilər. Bəs, kimdir düşmən?
1829-ci ildən kütləvi surətdə Azərbaycan ərazisinə – Qarabağa, İrəvana yerləşən ermənilər 1890-cı illərdən başlayaraq, azərbaycanlılara qarşı soyqırım həyata keçirmək üçün onlarla terror təşkilatları yaratdılar, ilk olaraq isə 1905-ci ildə bu soyqırım və qətliamları həyata keçirdilər. Birinci Dünya müharibəsindən istifadə edib, qırğınların miqyasını genişləndirdilər, 1918-ci ildə qətliamları ilə 9,8 min kv.km ərazimizdə özlərinə dövlət yaradıb, daha sonra onun ərazisini Azərbaycan torpaqları hesabına genişləndirdilər, 1933, 1947 və nəhayət, 1988-ci ildə indiki Ermənistan ərazisindən azərbaycanlıların kütləvi sürgün edilməsini təşkil etdilər. Bu zaman yüz minlərlə azərbaycanlını qətlə yetirdilər.
1988-ci ildə Qarabağın Azərbaycandan qoparılması prosesini başlayan da, azərbaycanlılara hücuma keçən də, 1991-94-cü illərdə 12 rayonumuzu işğal edib, bir milyona yaxın insanı məcburi köçkün və qaçqına çevirən də, işğal etdiyi Azərbaycan kənd-şəhərlərini yer üzündən silib, səhralığa çevirən də, torpağımızı başdan-başa minalayan da ermənilərdir.
İndi, hətta 2020-ci il müharibəsi və 2023-cü il əməliyyatından sonra Azərbaycanın başladığı sülh prosesinə mane olan, hələ də işğal altında qalan kəndləri mənimsəmək üçün min-bir şou düzənləyən də ermənilər, onların terror yuvası kilsələridir.
Bir neçə gün öncə özləri etiraf etdi ki, 1985-ci ildən başlayan və 1988-ci ilin əvvəlində imzalanan “demarkasiya” ilə Azərbaycandan 14,5 min hektar ərazi qoparıblar, nəticədə Qazaxın 3 kəndi anklava çevrilib; özləri – Köçəryan və Sərkisyanın açıq şəkildə etiraf edirlər ki, 1991-92-ci illərdə Qazaxın 4 anklav olmayan kəndini işğal ediblər – çünki Rusiyadan gələn qaz kəməri o ərazidən keçirdi, Gürcüstana yol da oradandır və onu nəzarətə almaq istəyirdilər.
Hazırda Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinə daxil olan anklav olmayan 4 kəndin qaytarılması barədə İLK DƏFƏDİR ki, Ermənistan savaşsız, müharibəsiz qərar verir: ancaq 19 apreldə verilən bu qərardan sonra ermənilərin genişmiqyaslı şousu başlayıb – azərbaycanlılara nifrət, aqressiya, işğalı davam etdirmək, qan-qada qoxuyan bu aksiyalarla ermənilər normal qonşu ola bilməyəcəklərini və min il keçsə də, düşmən qalacaqlarını sübut edirlər.
Hələ utanmadan “qonşu düşmən olmayanda” deyə, foto paylaşıb, bu cür sərhədin də mümkünlüyünü göstərməyə çalışırlar. Azərbaycanlılar onillərlə erminlərə evində yer verib, torpaq ayırıb, erməniləri kirvə tutub, özünə qohum edib. Azərbaycanlıların xarakterindən, dünyagörüşündən irəli gələn bu xoşgörüdən ermənilər hər zaman sui-istifadə edib, ilk fürsətdəcə onlara qucaq açan azərbaycanlıları qətlə yetirib, qovub, torpağını mənimsəyib.
Bu fotonun yüzillik qətliamlardan sonra belə reallaşmasına imkan verməyən məhz ermənilərdir: yalan, riya, öz çirkinliyini başqasının üzərinə atma, oğurladığını özününkü sayma düşüncəsi, saxtakarlıq, şüvənlik, məzlum görkəmdə qatillik… – bütün bu xüsusiyyətləri yalnız bir söz özündə əks etdirir: erməni!
Bu həyasız, gözü daim qonşularının torpağında, mətbəxində, çörəyində, paltarında, tarixində, ədəbiyyatında, dilində… olan, daim böyük güclərin əlində maşa rolunu oynayan “xalq” adlı təhlükəli varlıqlardan qorunmaq lazımdır. Erməni ilə qonşu olmaq – daim koronovirus təhlükəsi altında yaşamaq deməkdir: mütləq qorunmalısan – Ordu ilə, gücünlə, qüdrətinlə. Azacıq zəif olduğunu bildiyi halda anında zərbə endirməyə hazır nankor, əxlaqsız varlıqdır ermənilər.
Bir “xalq” ki, “ən qədim peşə sahibi övladları” ilə fəxr edib, onlardan istifadə edə, bu “gözü ilə görənlərdən” nə desən, gözləmək olar…