Xəbər verdiyimiz kimi, erməni separatçıların qanunsuz silahlı dəstələri Xocalıda “təlim”ə başlayıblar.
AzerTimes xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında özlərini toxunulmaz hesab edən qanunsuz silahlılar Xocalı hərbi poliqonunda növbəti “tədbir” keçirib.
Xatırladaq ki, Xocalıda sülhməramlıların bazası yerləşir. Qanunsuz erməni silahlı dəstələrinin məhz burada təlim keçməsi rus sülhməramlıların 10 noyabr 2020-ci il bəyanatının tələblərini icra etməməsinin və bunu kobud şəkildə pozmasının nəticəsidir.
“Minval”ın əldə etdiyi yeni görüntüləri təqdim edirik.