Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənilərin sərhəddə təxribatları davam etdikcə bölgədə sülhü təmin etmək mümkün olmayacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Şentop bildirib ki, Ermənistanın təxribatlarının indiyə qədər acı nəticələrini görmüşük: “Əgər bundan sonra da bu təxribatlar davam edəcəksə acı nəticələri olacaq. Beynəlxalq birlik də Ermənistanı bölgədə sülhü təhdid edən təxribatlardan çəkinməyə çağırmalıdır”.