Ermənilərin terrorçu mahiyyəti dəyişməyib – Deputat

“Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalıb. Belə hadisələrdən biri də 1918-ci ilin mart qırğınları miqyası baxımından daha qanlı və dəhşətli olub”.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, ermənilər tərəfindən 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə qətliamlar törədilib. Amma sovetlə dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim olunub. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Millət vəkilinin sözlərinə görə, yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu sərəncama əsasən ölkəmizdə hər il 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” qeyd olunur, soyqırımı qurbanları anılır.
Deputat qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunub. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılıb. “Xalqımıza qarşı törədilmiş soyqırımın unutdurulmaması və gələcək nəsillərə çatdırılması üçün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə genişmiqyaslı işlər görülür. Məhz bunun nəticəsidir ki, dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları ilə bağlı ətraflı məlumatlandırılır, gerçək həqiqətlər təqdim olunur. Bu baxımdan, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu kompleks erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldılıb. 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Düşünürəm ki, hər birimiz gerçək həqiqətlərin gələcək nəsillərə çatdırılmasında fəal iştirak etməliyik. Çünki, soyqırımın unutudurulmaması və törədilmiş faciələrin gələcək nəsillərə ötürülməsi çox vacibdir. Bu birinci növbədə hər bir ailədən başlamalıdır. Mən nənəmin o vaxt Qarabağda, onların yaşadıqları Malıbəyli kəndində ermənilərin törətdikləri vəhşiliklərlə, qətliamla bağlı bizə hər zaman danışdıqlarını xatırlayıram. Nənələrimiz, babalarımız bizə danışdığı kimi, biz də bunları gələcək nəsillərə çatırmalıyıq”, – deyən deputat söyləyib ki, erməni millətçiləri soyqırımları törətməklə Azərbaycan xalqını sarsıtmaq, torpaqlarımızı zorla ələ keçirmək məqsədi güdsələr də, ağır faciələr xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib, ordumuzun Ermənistan qoşunlarının hərbi təxribatlarına verdiyi layiqli cavab, işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi.

“Ermənilər uzun illərdir ki, uydurma “erməni soyqırımını” dünyada təbliğ etməyə çalışırlar. Amma tarixi faktlar sübut edir ki, əsl soyqırımını ermənilərin özləri törədib. Bütün dünyaya bu millətin gerçək xarakterini göstərmək lazımdır. Çünki erməni vandalları hər zaman dinc, günahsız insanları acımasızca qətl ediblər. Qubada aşkar olunmuş kütləvi məzarlıq, Xocalı qətliamı xalqımıza qarşı törədilmiş soyqırımlarının dəhşətlərini özündə əks etdirir. 44 günlük Vətən müharibəsində də Bərdə və Gəncəyə olunmuş raket hücumları nəticəsində günahsız insanların qətl edilməsi ermənilərin terrorçu mahiyyətinin dəyişmədiyini göstərdi. Onlar bütün bunları cavabını mütləq verəcəklər. Ermənilərdən xalqımıza vurduqları bütün maddi, mənəvi ziyanların, törətdikləri cinayətlərin hesabı sorulacaq”,-deyə Fatma Yıldırım vurğulayıb.

Teqlər: