Ermənilərin sərhəd tanımayan terroru – Yaşıl soyqırımın izləri tədricən aradan qaldırılır (VİDEO)

Ağdam. Aslan Məmmədli – Trend:

İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan ərazilərində daşı daş üstdə qoymayıb. Mənfur düşmən xüsusilə də meşələri, yaşıllıqları məhv edib, ekoloji terror həyata keçirib. 44 günlük Vətən Müharibəsindəki Qələbədən sonra vəhşi ermənilərin təbiətimizə vurduğu ziyan aradan qaldırılır. Amma reallıqdır ki, Qarabağın məhv edilmiş təbiətinin tam bərpasına uzun illər lazım olacaq.

Son aylarda azad edilmiş ərazilərdə xeyli sayda ağac tingləri əkilib, yaşıllıqların, yeni meşə zolaqlarının salınması istiqamətində davamlı işlər aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Mərkəzləri bu məqsədlə yeni və müxtəlif növ ağac tinglərinin yetişdirilməsi prosesini daha da sürətləndirib.

Ağcabədi Regional Meşə Təsərrfüatı Mərkəzinin rəhbəri Cahid Məmmədov AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupuna bildirib ki, əvvəlki aylarda xeyli ting yetişdirilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə azad edilmiş ərazilərdə əkilib.

Tinglərin çoxaldılması və bölgədə yaşıllıqların salınması istiqamətində işlər sürətlə davam edir. Bundan başqa, digər ətraf rayonların yaşıllaşdırılması, həmçinin baramaçılığın inkişaf etdirilməsi üçün tut tinglərinin də becərilməsi qarşıda duran əsas vəzifədir.

Videoreportajı tədim edirik:

Teqlər: