Ermənilərin qətlə yetirdiyi güneylinin anası vəfat etdi

Ermənilərin qətlə yetirdiyi güneylinin anası vəfat etdi

27 il bundan əvvəl erməni snayper tərəfindən vurularaq şəhid olan 7 yaşlı Güney azərbaycanlı Rza Məhəmmədpurun anası Qızxanım Lütfi avqustun 28-də vəfat edib.

AzerTimes xeber verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, 1996-cı ildə erməni snayper Cəbrayıl rayonunun Qumlaq kəndindən Güney Azərbaycanın Sarıcalı kəndinin ibtidai məktəbini atəşə tutub. Hadisə zamanı birinci sinif şagirdi, beş bacının tək qardaşı Rza Məhəmmədpur ürəyindən vurularaq şəhid olub. Məhəmmədpurun ölümündən sonra Qızxanım Lütfidə ürək-damar xəstəliyi yaranıb.

İran tərəfi isə terror hadisəsi ilə bağlı lazımi tədbirləri görməyərək, ermənilərin bu əməlini cavabsız qoyub.

Teqlər: