Xəbər - Zeyni Cəfərov – Trend:
Dünya ictimaiyyəti müharibə nəticəsində yaranmış fəsadlarla dəfələrlə üzləşib, amma Ermənistanın törətdiyi dağıntıların miqyası bunlaral müqayisə olunmur.
AzerTimes-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Leninqrad və Hirosima şəhərləri dağıntılara məruz qalıb, amma ermənilərin Qarabağ torpağında törətdiyi dağıntıların miqyası bu nümunələrlə müqayisə oluna bilməz:
“Azərbaycan Prezidentinin rəhbərliyi altında Qarabağda bərpa və reskonstruksiya işləri sürətlə davam edir. Tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq”.
(Tərcümə: Orxan Nəbiyev)