Xəbər - İlhamə İsabalayeva – Trend:
Ermənistan hökuməti Qarabağ məğlubiyyətinin əvəzini çıxmaq üçün Azərbaycanı böhtan və hədələrlə etmədiyi işlərdə günahlandırmağa çalışır. Son vaxtlar havadarlarının köməyi ilə Qarabağdakı xristian abidələrinin azərbaycanlılar tərəfindən “dağıdılacağı” barədə hay-küy qaldırırlar. Lakin araşdırma zamanı məlum olur ki, ermənilər 28 il işğal altında saxladıqları Azərbaycan ərazilərində islam dövrü abidələrinə vurduqları zərərlər qədər xristian dövrü abidələrinə də zərər vurublar.
Bunu AzerTimes-a 2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin monitorinqini aparan Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü olmuş mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməklə faktiki olaraq 28 il ərzində Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etmişdi.
F.İsmayılov qeyd edib ki, Qarabağ və ona bitişik ətraf ərazilərin guya qədim erməni torpaqları olması iddiasını sürən Ermənistan işğal altında saxladıqları Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək və ya erməniləşdirmək kimi qeyri-qanuni fəaliyyət həyata keçiririb.
Tədqiqatçı qeyd edib ki, ermənilər 28 il işğal altında saxladıqları Azərbaycan ərazilərindəki Alban dövrü abidələrin əzəli görkəmlərini dəyişdirərək erməniləşdirməyə çalışıblar:
“Rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Y.İ.KrupnovCənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə bunları yazırdı: “Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Ermənilərin alban abidələrinə də iddialarının əsassız olduğunu söyləyən F.İsmayılov qeyd edib ki, Albaniyada xristianlıq memarlığı daha geniş yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir.
Onun sözlərinə görə, dünyada bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir.
Ekspert deyib ki, indiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.
F.İsmayılov Azərbaycanda ermənilər tərəfindən xristianlıq abidələrinin erməniləşdirilməsi, erməni vandalizmi nəticəsində dağıdılmasına dair bir sıra fotofaktları da AzerTimes-a təqdim edib:
Xocavənd rayonunun Dağyurd kəndindəki abidə inşa edilərkən dini ibadət üçün nəzərdə tutulmayıb. Yəni abidə nə kilsə, nə də monastr olub. Abidənin görkəmi erməniləri qane etmədiyindən onlar abidənin ümumi görümüşünü dəyişdiriblər.
Təmir zamanı abidənin üst hissəsi hündürləşdirildi. Çardağı dəmirlə örtüldü. Binanın üzərinə zəng qülləsi əlavə edilərək abidəyə kilsə forması verildi.
Dağturd kəndində Qafqaz Albaniyası dövrünə aid olan XII – XIII əsr abidəsi də erməni vandalizminin qurbanı olub.
Hadrud rayonunun Ziyarət dağındakı sovmənin əzəli görkəmi.
Bu abidə də əzəli görkəmindən məhrum edilib.
Ağdərə rayonunun ərazisindəki Xotavəng monastırı.
Kompleksin həyətində aparılan tikinti və “abadlıq” işləri monastrın əzəli görkəminə zərər vurur. Belə ki, kompleksə daxil olan yardımçı binalar yenidən tikilərək erməni memarlığına uyğunlaşdırılıb.
Xudavəng Monastrının giriş qapısının əzəli görkəmi belə olub.
Ermənilər işğal dövrü monastrın giriş qapısını sökərək əzəli görkəmindən məhrum ediblər.
Ermənistanın işğalı altında olan Gəncəsər monastrnın əzəli forması
Gəncəsər Monastrının divarları mərmərlə bağlandı bu bərpada yolverilməz haldır.
Erməni vandalizminə uğradılan abidələrdən biri də Ağoğlan monastrıdır.
İşğaldan sonra Abidənin mühafizə divarı belə dağıdıldı
Laçın rayonunu. Hoçaz kəndində məbəd.
Xocavənd rayonu. Tuğ kəndi.
Bu bina Qarabağ Məlikliyinin inzibati yaşayış kompleksinin salamat qalmış bir hissəsidir. İşğala qədər abidə kompleksinin bu hissəsi ikimərtəbəli olub, üst mərtəbə uçurdulub, birinci mərtəbənin isə orjinal görkəmindən məhrum edilib. İşğal dövrü abidədən muzey kimi istifadə edilirdi.
Laçın rayonu Mirik kəndi.
Mirik kəndi, Həkəri çayın Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşir. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. İşğal dövründə ermənilər abidəni öz əzəli görkəmindən məhrum ediblər.
Ermənilər İşğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aidtarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirir, ya da uçururlar.
Bu abidə işğal dövründə ermənilər tərəfindən uçurduldu
Bu abidənin isə divar yazıları silindi.
Xocavənd rayonu Tuğ kəndi.
Tuğ kəndinin mərkəzində yerləşən bu bazilikanın 1197-ci ildə inşa edildiyi güman edilir. Binadan müxtəlif illərdə kəndin ərzaq anbarı kimi istifadə edilmişdir. 2014-cü ildə abidəni kilsəyə çevirmək istəyən ermənilər abidəni əzəli görünüşündən məhrum etdilər. Abidənin qarşısına qəbir daşları düzərək burada hansısa övliyyaların yaşadığını iddia edən yalan məlumatlar yaydılar.
Qubadlı rayonu Başarat kəndi ərazisi.
Qubadlı rayonunun Başarat kənd ərazisində ermənilər Qafqaz Albaniyası memarlığına aid bu abidənin əzəli görünüşünü 2019-cu ilin yay aylarında dəyişmişdir.
Laçın rayonu Minkənd kəndi
Alban monastrı işğaldan əvvəl
İşğaldan sonra ermənilər abidəyə belə bir görkəm verdilər
Xocalı rayonu Əsgəran qəsəbə ərazisi. Abidənin memarlıq quruluşu dəyişdirilmişdir
Köçərili məhəlləsi. 1847-ci ildə Şuşada tikilmiş Müqəddəs vəftiz İohan rus-provoslav kilsəsini ermənilər erməni qriqoryan kilsəsinə çevirdilər
Şuşada Qazançı adlandırılan rus provaslav kilsəsi də ermənilər tərəfindən erməni qriqoryan kilsəsinə çevirilib