İndiki mərhələdə Qarabağ ermənilərinin geri qayıtması real deyil.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü onlayn mətbuat konfransında deyib.
Paşinyan bildirib ki, Ermənistan hökuməti bu insanların Ermənistanda qalması və ölkədən mühacirət etməməsi üçün hər şeyi edəcək.
Paşinyan qeyd edib ki, tezliklə bütün Qarabağ erməniləri vətəndaşlıq alacaq və ölkənin həyatına tam inteqrasiya olunacaqlar.