İkinci Qarabağ müharibəsi dövründə informasiya savaşında azərbaycanlı qardaşlarımızla birgə hərəkət etdik. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, əziz qardaşım Hikmət Hacıyevlə daim əlaqədə idik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə erməni lobbisinin yaydığı qara piarla uğurlu mübarizə aparıb:
“Azərbaycanın haqlı mübarizəsindəki tezislərinin beynəlxalq ictimaiyyətə çatmasını təmin etdik. Türkiyə-Azərbaycan ortaq media platforması bu müddət ərzində daha çox gündəmə gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev bu müddətdə bizə liderlik etdilər”.