Ermənilərin növbəti “hücumu”: Maksimum bir həftəyə…

Ermənilərin növbəti “hücumu”: Maksimum bir həftəyə…

Müharibədən sonra Qarabağda baş verən proseslərdə həlledici məqam Bakının müqaviməti olub:

– Laçın-Xankəndi yolunda aksiya başlayanda beynəlxalq səviyyədə təzyiq dalğası başlandı, lakin rəsmi Bakı bu təzyiq dalğası qarşısında geri çəkilmədiyi üçün nəticə əldə edildi;

– Laçın postu qurulanda eyni dalğa artan templə davam etdi, yenə Bakının geri addım atmaması nəticəni müəyyənləşdirdi;

– Ermənistanın sərhəddə sərgilədiyi “humanitar yardım” şousu fonunda bu dalğanın yenidən artmağa başlandığı müşahidə edilir: burada da Bakının müqavilməti hadisələrin inkişafına yön verəcək;

Müşahidələr belə təzyiq dalğasının bir neçə gün, maksimum bir həftə davam etdiyini göstərir, nəticə əldə edə bilməyəndə tədricən azalır və gündəm dəyişir. Azərbaycan geri çəkilmədiyi – yükləri postdan buraxmadığı təqdirdə, təzyiq dalğası zəifləyəcək və Ağdam marşrutu yeganə variant kimi ön plana çıxacaq.

Teqlər: