Ermənilərin iki min yük maşını sərhəddə qaldı

Ermənilərin iki min yük maşını sərhəddə qaldı

2000-dən çox erməni yük maşını Yuxarı Lars sərhəd-keçid məntəqəsində qalıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan deyib.

“Yük maşınları üçün Lars vasitəsilə hər iki istiqamətdə hərəkət hələ də qadağandır. Lakin artıq səhər saatlarından Krestovıy aşırımından keçən yolun təmizlənməsi işlərinə başlanılıb. Ola bilsin ki, bu gün avtomobillər üçün yol açılsın”, – Akopyan bildirib.

Qeyd edək ki, Yuxarı Lars yolu pis hava şəraiti səbəbindən fevralın 19-da yük, 20-də isə minik avtomobilləri üçün bağlanıb.

Teqlər: