ABŞ senatoru, ermənipərəst Bob Menendez mövqeyindən istifadə edib Misirin maraqlarını gizli şəkildə təbliğ etdiyinə, rüşvət – nağd pul və külçə qızıl müqabilində Nyu-Cersi iş adamlarına qanunsuz yardımına görə çərşənbə günü məhkəmə qarşısına çıxacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Qeyd edək ki, ötən həftə ittiham irəli sürüldükdən sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməyə məcbur olub.