Ermənilərin dağıtdığı tarixi abidələrin bərpası ilə bağlı hansı işlər görülür?

Xəbər - Fərid Zöhrabov – Trend:

İlk növbədə xüsusi vurğulayaq ki, məhv edilən tarixi abidələrin
bərpası kifayət qədər dəqiq araşdırma tələb edən mühüm bir
prosesdir. Söhbət hər hansı sıradan tikilinin bərpasından getmir.
Söhbət məhz tarixi-mədəni dəyəri olan, elmi tədiq olunmalı və
işğalçılar tərəfindən tarixi faktları məhv edilən abidələrdən
gedir.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verilib.

Qeyd edilir ki, ilkin şəkildə Prezident İlham Əliyevin müvafiq
fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərində
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri
tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və
müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə
abidələrin və mədəniyyət müəssələrinin monitorinqləri həyata
keçirilib.

“Monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403
tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Dövlət qeydiyyatında
olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin
monitorinqi aparılıb. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli,
Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər
rayonlarını əhatə edir.

Şuşa şəhərinin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə işğalın
nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və
inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa
prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları,
tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa
statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə
tədbirləri, tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası
öz əksini tapıb”, – açıqlamada deyilib.

Dövlət Xidməti əlavə edir ki, “İşğaldan azad olunmuş şəhər və
rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə
əlaqədar “yol xəritəsi” hazırlanaraq aidiyyəti üzrə təqdim
olunub:


“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında
Şuşa, Ağdam və Füzuli rayonlarının Baş planı ilə bağlı müvafiq rəy
də hazırlanıb aidiyyəti üzrə göndərilib. Eyni zamanda Xocavənd
rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji
Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb və
müvafiq sənədlər razılaşdırılması məqsədilə hazırlanaraq aidiyyəti
üzrə təqdim edilib.

Təəssüflə qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə
məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni
zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə
olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib.

İşğal dövründə yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə
deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də
vəziyyət analojidir.

Twitter:@FaridZohrabov

Teqlər: