Ermənilərin bu yöndə heç bir problemi yoxdur!

Ermənilərin bu yöndə heç bir problemi yoxdur!

Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur. Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

XİN başçısı qeyd edib ki, ərazidə qaz təchizatı ilə bağlı məsuliyyətli tərəf Azərbaycan deyil:

“Yəni qazla bağlı deyilənlər feykdir. Dağlıq ərazilərdə soyuq hava şəraiti ilə əlaqəli mütəmadi problemlər qeydə alınır. Yerli erməni əhalinin başında duranlar yalan informasiyalar yayırlar. Özləri süni şəkildə ünsiyyətdən yayınırlar”.

Teqlər: