Ermənilərin bu torpaqlarda qədimdən yaşadıqları iddialarına dair heç bir sübut yoxdur – Alban-Udi icmasının sədr müavini

Tərtər. Trend:

Qarabağ torpaqları azad olunduqdan sonra ilk dəfədir buraya
gəlirik.

Bu fikirləri
Trend
-in Qarabağ bürosuna açıqlamasında Alban-Udi xrsitian dini
icmasının sədr müavini Rafiq Ağami deyib.

O qeyd edib ki, bu gün 31-Mart soyqırımında və Birinci, İkinci
Qarabağ müharibəsində şəhid olanların ruhuna dualar oxunub.

“Bu torpaqlarda bir daha müharibə olmamasını dilədik. Torpaqlar
azad olunduqdan sonra ilk dəfədir buraya gəlirik. Biz görürük ki,
Qafqaz Albaniyasına aid olan elementlərin hamısı olduğu kimi qalıb.
Düzdür, ermənilər bu elementləri erməniləşdirməyə çalışıblar, lakin
nail ola bilməyiblər. Bir az dəyişməyə cəhd ediblər, amma aşkar
görünür ki, bu 3-5 ilin söhbətidir, qədimi deyil. Nə qədər desələr
də ki, bu ərazilərdə 100 illər öncə yaşayıblar, bu düzgün deyil,
çünki bunun üçün sübutlar yoxdur”, – deyə o əlavə edib.

Teqlər: