Vətən müharibəsindən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumatda bildirilib.
“2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda qeyd olunub.