Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanın paytaxtı Tiflisdə ermənilər Azərbaycana qarşı yürüş keçiriblər.
AzerTimes xəbər verir ki, yürüşdə iştirak edən ermənilərin vətəndaşı olduqları ölkə (Gürcüstan) və Ermənistanla bərabər, İran bayrağını da qaldırması diqqət çəkib.
Gürcüstanda yaşayan ermənilərin Azərbaycana qarşı aksiyada İran sevgisi təəccüblü deyil.
Xatırladaq ki, Gürcüstan hüquq-mühafizə orqanları ermənilərin Qarabağdakı keçmiş separatçıların əski parçasını qaldırmasına imkan verməyib.