Ermənistanın 250-yə yaxın yük maşını “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsinə gedən yolda gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.
O bildirib ki, hazırda Ermənistandan Rusiyaya gedən 150-yə yaxın, Rusiyadan Ermənistana gələn 100-ə yaxın yük maşını “Yuxarı Lars”da dayanıb.
Qeyd edək ki, ötən gün axşam saatlarından Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanıb.