Erməniləri türk sayan Qriqoryan məhkəmədə öldü – Video

Erməniləri türk sayan Qriqoryan məhkəmədə öldü – Video

İrəvanda Ümumi Yurisdiksiya Məhkəməsinin Kentron iqamətgahında prodüser Armen Qriqoryanın işi üzrə keçirilən ilkin məhkəmə iclası zamanı müttəhim huşunu itirib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası görüntü paylaşıb.

Bildirilib ki, onun vəkili Ruben Melikyan çıxış edərkən prodüser özündən gedib.

Məhkəmədə xaos yaranıb və təcili yardım çağırılıb.

Qısa aradan sonra Qriqoryan ölüb.

Qeyd edək ki, Armen Qriqoryan 17 mayda həbs edilib. Ona qarşı CM-nin 226.2-ci maddəsi irəli sürülüb. O, müsahibəsində Şörəyel (Şirak) və Vedi (Ararat) vilayətlərinin əhalisinin yarısının türklər (azərbaycanlılar – red.) olduğunu bildirməsinə görə ittiham edilir.

Teqlər: