Türkiyə və Ermənistan milli komandaları arasında bu gün İrəvanda baş tutan oyun zamanı erməni azarkeşlər daha bir pankart açmaqla, öz mahiyyətlərini ortaya qoyublar.
AzerTimes xəbər verir ki, erməni azarkeşlər “NEMEZİS” yazılan iri pankartı oyun boyu nümayiş etdiriblər.
Nemezis əməliyyatı – ASALA erməni terror təşkilatının Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı planlaşdırılan terror hücumlarının adıdır. Əməliyyat öz adını yunan intiqam ilahəsi Nemezidanın adından götürüb. Guya ermənilər bununla “soyqırıma” cavab veriblər.
Halbuki 1918-ci ildə ermənilərin Bakı da daxil olmaqla, Azərbaycanın bir çox ərazilərində dəhşətli soyqırım və qətliamlar törətmiş, minlərlə azərbaycanlını qətlə yetirmişdilər.
Qeyd edək ki, oyun 2:1 Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb.