Ermənistanın Pakistana qarşı olan nifrəti o səviyyəyə çatıb ki, bu dövlət Pakistanda 35 nəfərin ölümü və 100-dən çox insanın yaralanması ilə nəticələnən qatar qəzasını da məsxərəyə qoyub.
AzerTimes xəbər verir ki, ermənilərin Pakistana qarşı olan nifrəti İslamabadın onilliklər ərzində torpaqları Ermənistan tərəfindən qeyri-qanuni işğal olunmuş Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi ilə bağlıdır. Pakistan öz mövqeyini çox açıq-aşkar bəyan etmişdir ki, Ermənistan Azərbaycanı təcavüzə məruz qoyub və buna görə də Pakistan Ermənistanı dövlət kimi tanımır. Çünki Ermənistan dövləti tarixən azərbaycanlılara məxsus olan torpaqları qanunsuz işğal edib.
Ermənistan dövləti tərəfindən dəstəklənən “[email protected]” səhifəsində Pakistanın Ermənistanı məhv etmək istədiyi, lakin nəticə əldə etməyəcəyi iddia olunur. Vurğulanır ki, Pakistan öz qatar yollarını idarə edə bilmir. Sarkazm və hirs, nifrət dolu yazı göstərir ki, Ermənistan Azərbaycanın Qələbə qazanaraq şəhərləri, o cümlədən tarixi Şuşa şəhərini qanunsuz erməni işğalından azad etdiyi 44 günlük Vətən müharibəsində özünün biabırçı məğlubiyyətinə görə məsuliyyəti Pakistanın üzərinə atır.
Qeyd etmək olar ki, Hindistan yenidən Azərbaycana qarşı hücum etmək üçün Ermənistanı öldürücü silahlarla təmin edir və bu yaxınlarda Hindistandan İran ərazisinə keçən öldürücü silah yükü görüntülənib və lentə alınıb. Hindistan Pakistanın əzəli rəqibidirsə, Ermənistan da Azərbaycanın rəqibidir, İran isə onların hər ikisini birləşdirmək üçün öz quru yollarını təklif edir.