Ermənilər yüzminlərlər kürdü belə qırıb – Foto

Ermənilər yüzminlərlər kürdü belə qırıb – Foto

Bu foto 1914-cü ilə aiddir. Bu fotoda ermənilərin kürdləri məhv etməsi əks olunub.

Bu gün kürd əşirətlərinin çoxu ermənilərə dəstək olurlar, PKK və digər kürd təşkilatları erməni terroru ilə əməkdaşlıq edirlər. Amma tarix bütün gizlinləri açır. Ermənilərin Osmanlı türkləri ilə yanaşı, ən çox məhv etdiyi xalq kürdlər olub.

Türkiyənin Van vilayətindəki vitse-konsulu mayor Vilyams 15 may 1896-cı il tarixli raportunda ermənilərin kürdləri qətlə yetirmələri barədə yazırdı:

“Çatdırmağı özümə şərəf bilirəm ki, bu vilayətdə vəziyyət heç bir cəhətdən qənaətbəxş deyil. Son həftə ərzində erməni inqilabçıları iki dəfə kürdlərin üstünə hücum etmişlər. Birincidə üç kürd öldürülmüş və ikisi yaralanmış, ikincidə iki, ola bilsin, üç kürd öldürülmüşdür.

Təsdiqlənmişdir ki, hər iki halda meyitlər dəhşətli dərəcədə təhqir olunub eybəcər hala salınmışdır” (Viscount Bryce-Arnold Toynbee, The Treatment of Armenians in the Ottoman Empire 1915-16, Documents presented to Viscount Grey of Fallodon, Secretary of State for Foreign Affairs, with a preface by Viscount Bryce, London, 1916.7-22).

İran generalı, səfir Ərfəüddövlə Həsən xan Mirzə Rza xan oğlu (Həsən xan Ərfə kimi tanınır) yazır: “1914-cü il Sarıqamış məğlubiyyətindən sonra rus orduları Türkiyəni işğal edəndə Qafqaz və Türkiyə ermənilərindən təşkil olunmuş 130 könüllü dəstə irəlidə gəlirdi. Bunlardan birisinə qana susamış Andronik adlı birisi komandanlıq edirdi. Bu ermənilər 1915-1918-ci illər arasında Türkiyənin şərq vilayətlərində 600.000-dən çox kürdü qətlə yetirdilər”.

O illərdə kürdlərə qarşı amansız vəhşilik törədən iki erməninin adını xüsusi çəkmək olar. Onlardan biri Ağbyur Seropdur. Bitlis vilayətində anadan olmuşdur. 1891-ci ildə, iki kürd əşirəti ilə toqquşduqdan sonra Rumıniyaya qaçır. Sonra İstanbula yerləşir. Daşnaklara qatılır. 27 nəfərlik qrupla 1895-ci ilin sonunda Şərqi Anadoluya qayıdır və türklərə qarşı silahlı mübarizəyə başlayır. Lakin kürd əşirətləri ilə olan qan davasını unutmur və qətl etdiyi kürdlərə görə Bşare Halil adlı kürd tərəfindən öldürülür.

İkincisi və daha amansızı Murad Sebastatsi adlı erməni qulduru, dəstə başçısı və Ermənistanın milli qəhrəmanıdır. O, XIX əsrin sonunda Hnçak partiyasına qoşulub, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştirak edib. Sonradan daşnaklara qoşulur. 1904-cü il Sasun üsyanı zamanı Osmanlı ordusuna qarşı döyüşlərdə iştirak edir. Sasun üsyanı yatırıldıqdan sonra öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə kürd kəndlərinə hücum edir, kəndlər talan edilir, keçdiyi hər yer yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1918-ci ildə azərbaycanlı əhaliyə qarşı qətliam törədən daşnaklara kömək etmək üçün Bakıya gəlir və avqustun 4-ü döyüşlərin birində qətlə yetirilir.

O dövrü təsvir edən hadisələr zamanı regionda olan Corc Mason adlı ingilis mayor yazır:

“Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5000 kürd kişi, qadın və uşağı qırdılar; süngü ilə onları sürü kimi yüksək Rovanduz qayalarının zirvəsinə qovub oradan uçuruma itələdilər. Qarşısında köməksiz qurban dayandığı zaman ermənilərin şirə bəzi oxşarlıqları olur”. (Azərbaycan Respublikasi Milli Arxiv İdarəsi, fond s. 1, iş 1, v. 28-29)

“1914-cü il-də Sarıqamışda türklərin məğlubiyyətindən və ruslar tərəfindən türk torpaqlarının işğalından sonra tərkibi Qafqaz və Türkiyə ermənilərindən ibarət çoxlu könüllü alaylar gəldi. Bunlardan birinin komandiri əvəzi olmayan qaniçən Andronik idi. Bu ermənilər kürdlərlə toqquşmada öldürülmüş həmyerlilərinin intiqamını almaq məqsədilə görünməmiş vəhşiliklər törətdilər. 1915 və 1918-ci illər arasında onlar tərəfindən Türkiyənin şərq vilayətlərində 600 min kürd öldürülmüşdür” (Azərbaycan Respublikasi Milli Arxiv İdarəsi, 2898, 1, iş 15, vərəq 3-5).

Beləliklə, 1988-1989-cu illər ərzində Qərbi Azərbaycandan (Ermənistan) 250 min əhali çıxarıldı. Onların 40 mini SSRİ-nin müxtəlif respublikalarına, 190 mini isə Azərbaycana pənah gətirdi ki, bu da o zaman Azərbaycan əhalisinin 2,5 faizini təşkil edirdi. Müsəlman kürdlər isə 20 min idi.

“6 noyabr 1919-cu ildə kürd qaçqınlarını qovalayan ermənilər Xaldal adlı yerdə onları gülləbarana tutdu. 15 ölü və çoxsaylı yaralını talan etdi ermənilər”. (Azərbaycan Respublikasi Milli Arxiv İdarəsi, fond 894, 10, iş 191, vərəq 1).

Rusiyanın arxiv sənədlərinin birində yazılır: “Böyük qruplarla gəzərək yerli yunanlar və ermənilər kürd kəndləri qarət edir və kürd qadınları zorlayırlar. Bütün yunanlar və ermənilər silahlı idilər” (Rusiya Dövlət Hərbi Tarix Arxivi, bölmə 2, sənəd 460, vərəq 110).

1928-ci ildə Rusiyada nəşr edilən “Böyük Zaqafqaziya” adlı jurnalın 910-cu sayında, səhifə 65-66-da erməni müəllif A.B.Karinyanın “Erməni millətçi cərəyanlarının xarakteristikası” məqaləsi dərc edilir. Həmin məqalədə müəllif yazır: “Vəhşiləşmiş erməni dəstələri qeyri-xaçpərəst əhalini qırmaqla məşğul idilər. Daşnaksütyun partiyasının planına əsasən, ermənilər dinc türk və kürd əhalini qırmaqla, ərazini təmizləməklə məşğul idilər. Bunlar rus ordusunun gözləri qarşısında baş verirdi və onların narazılığını qazanırdı. Biz nə qədər çalışsaq ki, dinc əhaliyə heç nə olmasın, Daşnaksütyun fəalları türk və kürdlərə qarşı amansız vəhşiliklər edirdilər”.

23 may 1915-ci ildə general Oqanovskinin general Nikolayevə ünvanlanan teleqramında döyüş bölgəsindən qaçan kürdlərin ermənilər tərəfindən saxlanıldığı qeyd edir. 500 kürd dinc sakini daşnakların əlinə verib, sonradan onların taleyindən xəbərsiz olduğunu yazan general böyük ehtimalla onların öldürüldüyün qeyd edir. (Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2100, bölmə 1, sənəd 935, vərəq 20).

Eyni zamanda 589-cu piyada drujinalar komandiri Əhməd Ocalanovun 19 yanvar 1915-ci ildə Qars qalasında dövlət qoşunu komendatına Raportu saxlanılır. Orada yazılır: “Yuxarıda göstərilən haqqında məlumat verərək, öz xidməti borcumdan irəli gələrək yazmağa məcburam ki, yerli yunanlar və ermənilər kürd kişilərin evlərində olmamasından istifadə edərək, kürd kəndləri qarət edir və kürd qadınları zorlayırlar. Bütün yunanlar və ermənilər silahlıdırlar və onların bəziləri silah saxlamaq və gəzdirmək hüququ verən şəhadətnamə var” (Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2100, bölmə 2, sənəd 460, vərəq 110).

Kamuran Gurün “Erməni dosyesi” kitabında yazır: “Andronikin dəstəsi türk və kürdlərlə son dərəcə amansız rəftar etmiş, var-yoxlarını talamış, onları qəddarcasına öldürmüşlər…”

Teqlər: