Ermənilər yeni birgəyaşayış qaydalarına hazır olduqlarını göstərməyi bacarmalıdır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi video konfransda bir sıra mühüm məsajlar verdi. Əslində bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, 9 il əvvəl bu beynəlxalq mərkəz yaradılarkən onun əsas missiyalarından biri kimi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, milli multikultural dəyərlərinin, sülhün və ədalətin təbliğ edilməsi və Qarabağ həqiqiətlərinin dünyaya çatdırılması müəyyənləşdirilmişdi:

“Qürurverici haldır ki, bu gün artıq biz Nizmi Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında torpaqlarımızın azad edilməsindən, haqqın və ədalətin, beynəxalq hüququn tələblərini yerinə gətirilməsindən və önümüzdəki mərhələdə regional inkişaf perespektivləri və inteqrasiyadan danışırıq. Bu kontekstdə mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region ölkələrinə verdiyi məsajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik.

Bunlardan birincisi, münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi yeni realığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü icə ümumu birgə gələcəyə hazır olmağın zəruruliyi. Bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgəyaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyasi üçün yeni perespektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir.

Ancaq bir məsələ də aydındır ki, həmin məqsədlərə çatmaq üçün ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin bütün tələbləri yerinə gətirlməli, ermənilər revanşist və radikal mövqedən əl çəkməli, yeni birgəyaşayış qaydalarına hazır olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar. Bu isə siyasi proseslərin emosionla tərəfidir. Ona görə də qeyd edildi ki, öz ata yurdlarından məcburi köçkün olmuş azərbaycanlılar 30 illik işğaldan sonra doğma yurdlarına qayıdarkən erməni vantaliziminin törətdiyi vəhşiliklərlə üzləşirlər. Mədəni irsimizn, maddi və mənəvi abidələrimizin sıradan çıxarlıdığının şahidi olurlar və bu onalrda kəskin psixoemosional vəziyyət yaradır. Ona görə də hazırda bir tərəfdən işğal dövründə bizə dəymiş maddi zərərin hesablanması digər tərəfdən isə maddi- mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu hərbi cinayəti törədənlərin cəzalandırılması üçün olduqca vacibdir.

Üstəlik hələ də ermənilər minalanmış ərazilərimizin xəritələrini verməkdən imtina edirlər ki, bu əslində elə yeni hərbi cinayətlər törətmək deməkdir. Lakin bütün bunlarla yanaşı regional əməkdaşlığın bərpa edilməsi, kommunikasiyaların açılması yeni reallığın vacib şərti kimi ortaya çıxır. Bu isə təkcə region üçün deyil eyni zamanda qlobal kontekstdə də mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan bu konfrans vasitəsilə bir daha yeni reallığı, bu reallığın yaratdığı yeni şərtləri və onun hamı üçün faydalı olan perespektivlərini bir daha qlobal münasibətlər sisteminin mühüm aktorların diqqətinə tədim etdi”.

Teqlər: