Ermənilər Xaçatryana görə mitinq keçirir

Ermənilər Xaçatryana görə mitinq keçirir

BQXK-nın İrəvandakı ofisinin yaxınlığında Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan müharibə cinayətkarı, separatçı-terrorçu Vaqif Xaçatryanla bağlı mitinq keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, etirazçılar BQXK-nın rəhbərini Cenevrədə beynəlxalq konfrans keçirib, hadisəni pisləməyə çağırırlar.

Qeyd edək ki, 1991-ci ilin sonunda Xocalının Meşəli kəndində azərbaycanlıları qətlə yetirən Vaqif Xaçatryanın vəhşiliyi sübut edildikdən sonra ona qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət açılmış və o, axtarışa verilmişdi. 29 iyul 2023-cü ildə BQXK-nin vasitəçiliyi ilə xəstə kimi İrəvana getmək istəyən V.Xaçatryan ifşa olunaraq, yaxalanıb və Bakıya gətirilib.

Teqlər: