Ermənistan onların təhriki ilə Qarabağdan çıxmış ermənilər üçün təzminat tələb etməyə başlayıb. Bununla bağlı Ermənistan beynəlxalq təşkilatlardan dəstək istəyir.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, I Qarabağ müharibəsində Azərbaycanın dağıdılan, viran edilən tarixi, mədəni irsi ilə bağlı beynəlxalq hüquq çərçivəsində addım atacaq: “Sadəcə olaraq bu gün bəzi beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın yalanlarına dəstək verirlər”.
Deputat bir çox Qərb dairələrinin Azərbaycanın tarixi ərazilərində dini, tarixi abidələrini dağıtdığına görə Ermənistanı qınamalı olduğunu deyib.