Ermənilər Tehranda Azərbaycana qarşı aksiya keçirdi

Ermənilər Tehranda Azərbaycana qarşı aksiya keçirdi

Ermənilər İran hökumətinin dəstəyi ilə Tehranda Azərbaycana qarşı aksiya keçiriblər.

AzerTimes xəbər verir ki, erməni kilsəsinin önünə toplaşan aksiya iştirakçıları Azərbaycan Respublikasının guya Qarabağın ermənilər yaşayan hissəsini mühasirədə saxladığını iddia ediblər.

Aksiyada iştirak edən ermənilər əllərində “NATO-nun Turan dəhlizinə yox”, “Artsax”ın mühasirəsinə son verilsin”, “Bakının Qafqazdakı hegomonluğuna yox”, “Qafqazda erməni xalqının təhlükəsizliyi təmin edilməlidir” və başqa bu kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Nümayişçilər qarşısında çıxış edən eməni keşişlər və başqaları İran rəsmilərinin Zəngəzur dəhlizi barədə iddialarını təkrar edib, İrana bununla bağlı mövqeyinə görə təşəkkür ediblər.

Teqlər: