Ermənilər təhlükəli oyunda iştirak etdiklərini anladılar

Ermənilər təhlükəli oyunda iştirak etdiklərini anladılar

Ermənistan müxalifətinə yaxın politoloqlardan biri erməni cəmiyyətini tənbəllikdə ittham edib. Onun sözlərinə görə, ermənilər uzunmüddətli mübarizəyə hazır deyillər. “Tiflisdə günlərdir mübarizə aparan gürcülər və ya Təl-Əvivdə Baş nazir Benyamin Netanyahuya qarşı etirazlarına ara verməyən yəhudilər qədər də olmadıq” deyən erməni politoloq Qarabağı itirmələrinin səbəbini ermənilərin biganəliyi ilə izah edib: “Qarabağ nəzarətimizdə olanda düşünürdük ki, hər şey həll olunub, narahatlığa əsas yoxdur, Ermənistanda kimi istəsək, rəhbər seçə bilərik, bu da sonu”. Onun fikrincə, hökumətə qarşı uzunmüddətli və çoxsaylı iştirakçı ilə mübarizə təşkil olunmayacağı halda Baş nazir Nikol Paşinyan geri çəkilməyərək Azərbaycanın bütün şərtlərini qəbul edəcək.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, erməni politoloq həqiqəti sona qədər söyləmir:

“Zamanında çoxsaylı mitinqlər elə İrəvanda və Xankəndidə təşkil olunurdu, hiyləgər planlarla torpaqlarımızı işğal etdilər. Həmin illərdə erməni cəmiyyətinin tamamı Qarabağ klanının və Qarabağdakı separatçıların arxasınca gedirdi, İrəvandakı teatr meydanı ağzına qədər dolurdu. Ancaq İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin bir hissəsi ayıldı, hansı təhlükəli oyunda iştirak etdiyini anladı və indi məhz buna görə hansısa başıxarab keşişin arxasınca getmək istəmir. Bir dəfə bu yolu getdilər, nəticəsi acınacaqlı oldu, təkrarlamaq istəmirlər”.

Teqlər: