İşğal zamanı ermənilər azərbaycanlılara məxsus qəbiristanlıqdan mərmər başdaşıları sökərək, mağazalardan birinə döşəyib.
AzerTimes xəbər verir ki, bu barədə məlumat və fotoları tarixçi alim Zaur Əliyev paylaşıb.
O bildirib ki, qəbiristanlıqlardan toplanmış azərbaycanlılara məxsus məzar daşlarının döşəndiyi mağaza Ermənistanda yerləşir:
“Üzərində rəhmətə getmiş azərbaycanlıların rəsmləri olan mərmər daşlar ayaq altında, döşəmədə istifadə edilib”.
Alim xatırladıb ki, bunu jurnalist Natalya Aleksandrovna görüb, kadrlar çəkib. Faktı bloger Roman Baqdasaryan da təsdiq edib.