Ermənilər səhv etdi: Axundovu döyməklə… – Petrov

Ermənilər səhv etdi: Axundovu döyməklə… – Petrov

İki azərbaycanlı hərbçi zəif görmə şəraitində təsadüfən Ermənistan ərazisinə keçib.

AzerTimes xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

O qeyd edib ki, tezliklə hər ikisi erməni təhlükəsizlik qüvvələri tərəfindən əsir götürülərək döyülüb:

“Onlardan Hüseyn Axundovun döyülməsi təfərrüatı ilə videoya çəkilib və sonra internetdə dərc olunub: hərəkətsiz vəziyyətdə olan, özünü müdafiə etmək imkanından məhrum olan şəxs təpiklə, o cümlədən üzünə də vurulur. Hüseyn Axundov və Aqşin Bəbirov niyə döyülüb? Onlar Ermənistan ərazisində təxribat törətməyiblər, nə erməni hərbçilərinə, nə də mülki insanlara hücum ediblər, sadəcə, azıblar. Hələ delimitasiyası olmayan şərti Ermənistan-Azərbaycan sərhədində bu, adi haldır. Erməni hərbçiləri mütəmadi olaraq dumanda azaraq Azərbaycan torpaqlarına gəlirlər – bir neçə gündən sonra onların vətənə qaytarılacağı şübhəsizdir. Döyülməmiş, sağ-salamat. Onlar Azərbaycan ərazisində olarkən məsxərəyə qoyulmur. Niyə Ermənistanda Axundov və Bəbirovla fərqli davrandılar?

Cavab göz qabağındadır – artıq otuz ildir ki, Ermənistanda türkofobiya təbliğ olunur. Azərbaycanlılara nifrət Ermənistan hakimiyyətinin həm xarici, həm də daxili millətçilik siyasətinin ənənəvi tərkib hissəsidir.

Azərbaycan xalqına qarşı dövlət nifrət siyasəti BMT Baş Assambleyasının 1991-ci il tarixli 4686 saylı “İrqçilik və irqi ayrı-seçkiliyin aradan qaldırılması haqqında” Qətnaməsinin, eləcə də BMT Baş Assambleyasının ksenofobiya ilə mübarizəyə dair bir sıra digər qətnamələrinin hər il aşkar şəkildə pozulmasıdır.

Axundov və Bəbirov azərbaycanlı olduqları üçün döyülüblər. İşgəncə videosu Ermənistanda antiazərbaycan əhval-ruhiyyəsini gücləndirmək və beynəlxalq laqeydliyə arxalanaraq yayımlanıb. Lakin burada da erməni millətçiləri səhv ediblər. Azərbaycan Ermənistanda vətəndaşlarına qarşı cinayət rəftarı ilə bağlı beynəlxalq təşkilatlara sənədlər göndərib və onlar artıq cavab veriblər: AB məhbuslarla beynəlxalq hüquq normalarına uyğun davranılmasını tələb edib, ABŞ Azərbaycan vətəndaşlarına qarşı zorakılıqdan narahatlığını bildirib, Böyük Britaniya isə belə zorakılığın qəbuledilməz olduğunu bəyan edib”.

Teqlər: