Ermənilər rüşvət verərək hərbi səfərbərlikdən yayınırlar

Ermənilər rüşvət verərək hərbi səfərbərlikdən yayınırlar

Ermənistanda hərbi çağırışçıların koronavirus adıyla saxta arayış əldə edərək döyüşlərdən yayınması kütləvi hal alıb. Ötən gün bu ölkənin Milli Təhlükəsizlik Xidməti hərbi çağırışçılara saxta COVİD-19 arayışı verən həkimi həbs edib.

Ermənilər bu müharibədə haqsız tərəf olduqlarını anlayaraq cəbhəyə gedib qurban olmaq istəmirlər. Yerli mənbələr Ermənistanda saxta COVİD-19 arayışının 1000-2000 dollar pul qarşılığında əldə olunduğunu yazırlar.

Qeyd edək ki, son günlər Ermənistanda yeni növ koronavirus infeksiyasına gündəlik yoluxma sayı 2500-ü ötüb.